"Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Konfrans Liqasında ən çox top qazanan futbolçudur.
"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi turnirin əsas mərhələsində keçirdiyi 8 qarşılaşmada 65 dəfə buna müvəffəq olub.
2-3-cü yerləri Danimarka "Rander"sindən Simon Pyezinger və Çexiya "Yablonets"indən Yaroslav Zeleni (hərəyə 61) bölüşdürür.
Rəqiblərindən 59 dəfə top "oğurlayan" Kevin Medina isə bu göstəricidə 4-cüdür.
Ümumilikdə Azərbaycan təmsilçisi topa sahib olmada (59 faiz) 3-cü, qapıya zərbələrdə (132) 2-ci və top qazanmada (307) 6-cı yerdədir.