Çempionlar Liqasının hazırkı qalibi PSJ klublararası dünya çempionatının qrup mərhələsinin II turunda Braziliyanın “Botafoqo” komandasına 0:1 hesabı ilə məğlub olub.
“Report” xəbər verir ki, görüş ABŞ-nin Kaliforniya ştatının Pasadena şəhərində keçirilib.
Yeganə qolu 36-cı dəqiqədə Braziliya klubunun hücumçusu İqor Jezus vurub.
Oyun gününün digər matçında İspaniyanın “Atletiko” komandası ABŞ təmsilçisi “Sietl”ə qalib gəlib - 3:1.
İki turun nəticələrinə görə, “Botafoqo” B qrupunda turnir cədvəlinə 6 xalla başçılıq edir. Pley-offa çıxmaq üçün Braziliya komandasının qrup mərhələsinin son matçında məğlub olmaması kifayətdir.