Bakı. 8 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu son olaraq "Kəpəz" komandasında çıxış edən Şəhriyar Əliyevi heyətinə qatıb.
Bu barədə "Report"a 26 yaşlı müdafəçinin özü məlumat verib. O, bütün məsələlərdə razılığa gəldiklərini və yeni klubunda 1 illik müqaviləyə imza atacağını bildirib.
Qeyd edək ki, Şəhriyar Əliyev karyerası ərzində "Bakı", "Qarabağ" və "Kəpəz" klublarında çıxış edib. "Sumqayıt" daha əvvəl Əfran İsmayılovla anlaşıb.