Azərbaycanda keyfiyyətli futbolçular çoxdur.
"Report"un məlumatına görə, bunu Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla yoldaşlıq görüşündən (0:1) sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandasının çıxışını dəyərləndirib:
Komandamız yaxşı oynadı. Qol vura bilməsək də, təhlükəli vəziyyətlər yarada bildik. Azərbaycan millisindən yaxşı oyun gözləyirdim. Ümid edirəm ki, futbolçular daha yaxşı olacaqlar.
Azərbaycan komandasına nailiyyətlər arzulayıram. Ümid edirəm ki klub səviyyəsində qazandıqları uğurları milli səviyyəsində də təkrarlayarlar".