İspaniya klubu baş məşqçisi ilə vidalaşıb

Bakı. 10 dekabr. REPORT.AZ/ İspaniyanın "Vilyarreal" klubu baş məşqçisi Xavyer Kalyexa ilə yollarını ayırıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Xavter Kalyexa 2017-ci ilin sentyabrında "Vilyarreal"a rəhbərlik edib. Komanda hazırda İspaniya La Liqasında 15 turdan sonra 14 xalla 17-ci pillədədir.   

Digər xəbərlər

Napoli yeni transferini açıqlayıb 25 yanvar, 2026 / 13:25