Bakı. 8 iyun. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubu futbolçusu Harri Keyn ilə müqavilənin müddətini uzadıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 6 illik müqaviləyə qol çəkib.
Yeni sözləşməyə əsasən, o, 2024-cü ilə qədər London təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Harri Keyn başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 41 qola imza atıb.