UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.
"Report"un məlumatına görə, ikinci oyun günündə A, B, C və D liqalarında 7 qarşılaşma təşkil olunub.
A Liqasında 1-ci qrupun görüşlərində Avstriya Fransa üzərində qələbəni əldən verib - 1:1. Son dünya çempionlarını məğlubiyyətdən Kilian Mbappe xilas edib. Lider Danimarka isə Xorvatiyaya uduzub.
B Liqasında 2-ci qrupun cəmi 1 oyunu baş tutub. Bu görüş Albaniya və İsrail arasında olub. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunalşıb - 2:1. Rusiya yarışdan kənarlaşdırıldığı üçün İslandiya istirahət edib.
C Liqasında 3-cü qrupun qarşılaşmalarına gəldikdə, Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla uduzub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.
Nəhayət, D Liqasında 1-ci qrupun görüşlərində Moldova ardıcıl üçüncü məğlubiyyətini evdə Latviyadan alıb - 2:4. Andorra isə evdə Lixtenşteyni məğlub etməyi bacarıb - 2:1.
10 iyun
Millətlər Liqası, III tur
A Liqası, 1-ci qrup
22:45. Avstriya - Fransa - 1:1
Qollar: Andreas Vayman, 37 - Kilian Mbappe, 83