Fransa millisinin futbolçusu Jan-Filip Mateta "Fənərbağça"ya keçə bilər

Fransanın millisinin futbolçusu Jan-Filip Mateta karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" yerli "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" 29 yaşlı hücumçu ilə maraqlanır.

İstanbul təmsilçisi forvardın agenti ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Jan-Filip Matetanın İngiltərənin "Kristal Pelas" klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. O, ötən mövsüm 50 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər