Emiliano Martines karyerasını "Çelsi"də davam etdirə bilər

İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martines karyerasını "Çelsi"də davam etdirə bilər.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı qolkiper London təmsilçisinə keçməyə hazırdır. Hazırda "zadəganlar" təcrübəli oyunçunun mümkün transferini müzakirə edir.

Xatırladaq ki, E.Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52