"Bavariya"nın futbolçusu Konrad Laymer qeyri-müəyyən müddətə sıradan çıxıb

Almaniya təmsilçisi "Bavariya"nın heyətində çıxış edən Konrad Laymer qeyri-müəyyən müddətə sıradan çıxıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Avstriya millisinin oyunçusu Bundesliqada səfərdə "Hamburq"la heç-heçə (0:0) etdikləri matçda xəsarət alıb. Sağ topuq oynağında vətər çıxığı diaqnozu qoyulan idmançının cərrahi əməliyyat keçirəcəyi bildirilib.

Digər xəbərlər