Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub

Fransanın "Lans" klubunun və Seneqal millisinin mərkəz hücumçusu Abdallah Sima ölkə çempionatında son 12 ildə bir oyunda beş qol vuran ilk futbolçu olub.

"Report" xəbər verir ki, 25 yaşlı futbolçunun poker deyil, pent-trik etməsi sayəsində "Lans" səfərdə "Anje"ni 5:2 hesabı ilə məğlub edib.

"Anje"nin heyətində Amin Əl-Uazzani dubl edib.

Sima Fransa çempionatında bir oyunda beş qol vurmağı bacaran 17-ci futbolçu olub. Ondan əvvəl sonuncu dəfə Karlos Eduardu 2014-cü ilin oktyabrında "Gengam"la qarşılaşmada bu uğura imza atıb.

Seneqallı hücumçu 1963-cü ildə Əhməd Ucani bunu bacardıqdan sonra "Lans"ın heyətində bir oyunda beş qol vuran ilk futbolçu olub.

"Lans" 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Ardıcıl dördüncü məğlubiyyətini alan "Anje" isə 8 xalla Liqa 1-də 17-ci, yəni sonuncudan əvvəlki yerdədir.

Digər xəbərlər