Bundesliqa: "Borussiya" "Bayer" üzərində qələbəni əldən verib

Almaniya Bundesliqasının XI turunda "Borussiya" (Dortmund) və "Bayer" (Leverkuzen) arasında keçirilən oyun başa çatıb.

"Report" xəbər verir ki, qarşılaşma Leverkuzen komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə Feliks Nmeça açıb. Matçın 39-cu dəqiqəsində Konstantinos Karetsas zədə səbəbindən əvəzlənib, meydana Fabio Silva daxil olub. Qarşılaşmanın 69-cu dəqiqəsində Patrik Şik Leverkuzen komandasının cavab qolunu vurub. Lakin 80-ci dəqiqədə İqnasio Fernandes qonaqların qələbə qolunun müəllifi olub.

"Arılar" bu oyundan sonra 24 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. "Əczaçılar"ın 22 xalı var və beşinci yerdədirlər.

"Borussiya" növbəti turda "Şalke" ilə qarşılaşacaq. Oyun dekabrın 6-da keçiriləcək. "Bayer" isə bundan bir gün əvvəl "Borussiya" (Münhenqladbax) ilə qarşılaşacaq.

Digər xəbərlər