"Mançester Siti" 17 ildə Premyer Liqada ən uzun qələbəsiz seriyasını yaşayır

"Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl beş oyundur qələbə qazana bilmir.

"Report" "Squawka" statistik portalına istinadən xəbər verir ki, bu, komandanın 2009-cu ildən bəri Premyer Liqada ilk belə qələbəsiz seriyasıdır.

Bu müddət ərzində komanda üç dəfə məğlub olub, iki dəfə isə heç-heçə edib.

Bununla yanaşı, "Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında heç vaxt çempionatda ardıcıl beş oyunda qələbə qazana bilməyib.

Komanda son matçda Premyer Liqanın XII turunda "Arsenal"la 2:2 hesablı heç-heçə edib.

"Mançester Siti" hazırda 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Arsenal"dan altı xal geri qalır.

Digər xəbərlər