ƏMANƏT – Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi bu dəfə yay düşərgəsini Şamaxı şəhərində keçirib.
"Report" xəbər verir ki, bu barədə "Şamaxı" klubunun mətbuat xidməti məlumat paylaşıb.
Düşərgənin 4-cü günündə əmanətlər klubun qonağı olub, bazanı ziyarət etdikdən sonra komandanın məşqində iştirak edib.