Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib - VİDEO

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, qrup mərhələsinin son oyun günündə "E", "F", "G" və "H" qruplarında 8 qarşılaşma oynanılıb.

"E" qrupunda növbəti mərhələyə yüksələn komandaların Fransanın "Monako" və Almaniyanın "Bayer" klubları olduğu əvvəldən məlum idi. Avropa Liqasına isə MOİK-i evdə məğlub edən "Tottenhem Hotspur" yüksəlib.

"F" qrupunda Almaniyanın "Borussiya" və İspaniyanın "Real Madrid" komandaları qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirəcək. Onlar arasında Madriddə baş tutan görüş qrup liderini müəyyənləşdirib. "Real Madrid" fransalı hücumçusu Kərim Benzemanın dubl etdiyi oyunda qələbəni əldən verməklə 1-ci yeri tutmaq şansını itirib. Ardıcıl 34-cü oyunda yenilməmək isə "Kral klubu" üçün təsəlli olub. Bu qrupdan Avroliqaya "Sportinq"i öz meydanında məğlub etməsi sayəsində "Legiya" çıxıb.

"G" qrupunda lider müəyyənləşsə də, 1/8 finalın digər iştirakçısı bu gün məlum olub. Bu, lider olan "Lester"ini darmadağın edən "Portu" olub. "Kopenhagen" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

"H" qrupunda lider gözlənildiyi kimi "Yuventus" olub. Turin klubu son turda evdə autsayder Zaqreb "Dinamo"sunu məğlub etməklə qrupda 1-ci yer tutmasını rəsmiləşdirib. "Sevilya"ya "Lion"la səfər oyununda heç-heçə 1/8 finala çıxmaq üçün yetərli olub. Fransa klubu Avropa Liqasının "play-off" mərhələsində çıxış edəcək.

Daha öncə 1/8 finala "Arsenal", PSJ, "Barselona", "Mançester Siti", "Napoli", "Benfika", "Bavariya" və "Atletiko" çıxıb. Qruplarda 3-cü yerin sahibləri kimi Avropa Liqasına vəsiqəni qazanan ilk 4 komanda "Ludoqorets", "Borussiya" (Mönhenqladbaxt) ""Beşiktaş" və "Rostov" olub..

Çempionlar Liqası, qrup mərhələsi, VI tur

7 dekabr

E qrupu

23:45. "Tottenhem" (İngiltərə) - MOİK (Rusiya) - 3:1

Qollar: Dele Alli, 38, 78, Harri Keyn, 45+1 - Alan Dzaqoyev, 33

Digər xəbərlər