"Çelsi"nin stadionunda biabırçı səhvə yol verilib

Ötən gün İngiltərə kubokunun III mərhələsində, doğma meydanda IV divizion təmsilçisi "Barrou"nu qəbul edən "Çelsi"nin stadionunda biabırçı səhvə yol verilib.

"Report" xəbər verir ki, “Stemford Bric”dəki qarşılaşmanın startından əvvəl tabloda start heyətləri göstərilərkən arenanın işçisi böyük yanlışlığa imza atıb.

O, "Barrou" komandası əvəzinə “Kristal Pelas”ın futbolçularının düzülüşünü ekrana gətirib.

Qeyd edək ki, "Çelsi" - "Barrou" qarşılaşması "zadəganlar"ın 5:0 hesablı qələbəsi ilə bitib.

Digər xəbərlər

Qarabağ 700 manat cərimələnib 15 aprel, 2026 / 12:18