Braziliyalı futbolçu fizioterapiya zamanı dünyasını dəyişdi

Braziliyanın "Quarani" klubunun futbolçusu Tyaqo Kortes faciəvi şəkildə dünyasını dəyişib.

"Report" klubun "Instagram" səhifəsinə istinadən xəbər verir ki, hadisə aprelin 13-də baş verib.

Dizindəki zədəsini yenicə sağaltmış 22 yaşlı müdafiəçi fizioterapiya üçün xəstəxanaya gedib. Prosedur vaxtı o, özünü pis hiss edib və keçinib. Ölümün dəqiq səbəbi hələ məlum deyil.

Digər xəbərlər