"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" (Dortmund) klubunun vitse-kapitanı Niko Şlotterbek zədəsini sağaldaraq topla fərdi məşqlərə başlayıb.
"Report" Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı müdafiəçi DÇ-2026-da topuq oynağından zədələnmişdi.
Təcrübəli futbolçu aldığı xəsarət səbəbindən komandanın yeni mövsüm öncəsi yay hazırlıq prosesini buraxmalı olub.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də Bakıda keçiriləcək.