Futbol üzrə Fransa çempionatının 22-ci turunun matçında “Bordo” - "Marsel" matçında qalib müəyyənləşməyib.
“Report” xəbər verir ki, görüş Bordodakı "Matmut-Atlantik" stadionunda baş tutub və 0:0 hesabı ilə başa çatıb.
Meydan sahibləri hissənin sonunda qol vursalar da hakim bunu hesaba almayıb.
"Bordo" bu matçdan sonra 30 xal toplayaraq Fransa milli çempionatının yarış cədvəlində 10-cu yerə yüksəlib. "Marsel" 43 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.
"Bordo” növbəti turda səfərdə "Brest”lə oynayacaq. "Marsel" "Sent-Etyen”lə qarşılaşacaq. Hər iki matç fevralın 5-də olacaq.