İspaniyanın "Betis" klubunun mərkəz müdafiəçisi Natan karyerasını İngiltərənin "Mançester Siti" komandasında davam etdirə bilər.
"Report" xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu "şəhərlilər"in əsas transfer hədəfinə çevrilib.
Mançester təmsilçisinin baş məşqçisi Entso Mareskanın şəxsən onun xidmətində maraqlı olduğu bildirilib. Daha əvvəl Sevilya klubu müdafiəçini 30 milyon avroya "Fulhem"ə (İngiltərə) satmayaraq, 40 milyon avro tələb edib.
Cənubi amerikalı futbolçu İspaniyanın "Barselona" və İngiltərənin digər klubu "Tottenhem"in də diqqət mərkəzindədir.
Xatırladaq ki, Natan yeni mövsümdə İspaniya çempionatında 1 matça çıxıb və məhsuldarlıqla yadda qalmayıb.