"Bavariya"nın 18 yaşlı yarımmüdafiəçisi Lenart Karl Almaniya milli komandasının heyətində İsveçrə ilə yoldaşlıq oyununda debüt edib.
"Report"un məlumatına görə, matç Bazeldəki "Sankt-Yakob Park" stadionunda baş tutub və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Karl meydana 63-cü dəqiqədə Leroy Sanenin yerinə daxil olub. Həmin vaxt Almaniya yığması 3:2 hesabı ilə öndə olub.
"Sofascore" portalının məlumatına görə, gənc yarımmüdafiəçi oyununa görə 7,4 bal alıb.
Lenart Karl cari mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 33 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.