Hans-Diter Flik bu mövsüm dördüncü dəfə ən yaxşı baş məşqçi seçilib

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik bu mövsüm La Liqada dördüncü dəfə ən yaxşı məşqçi adına layiq görülüb.

"Report" "Barca News"ə istinadən xəbər verir ki, bu, 60 yaşlı alman mütəxəssisin mart ayının ən yaxşı məşqçisi seçilib.

"Barselona" martda İspaniya çempionatında keçirdiyi iki oyunda qələbə qazanıb. Kataloniya klubu “Real Sosyedad”ı (4:0) və “Atletiko"nu (4:2) məğlub edib. Mütəxəssis fevralda da eyni uğuru qazanmışdı.

Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv La Liqada 28 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti