Azərbaycanın Qadınlar Super Liqasında I turun cütləri müəyyənləşib.
"Report"un məlumatına görə, turnirdə 12 komanda iştirak edəcək.
I tur
"Dirçəliş" – "Sumqayıt"
"İmişli"– "Neftçi"
"Ümid" – "Baku Juniors"
"Araz-Naxçıvan" – "Goranboy"
"Liman" – "Sabah"
"Şəfa" – "Qəbələ"
Qeyd edək ki, Azərbaycanın Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək. Çempionat iki mərhələdən ibarət olacaq. Birinci mərhələnin yekunlarına əsasən, komandalar iki qrupa bölünəcək: A qrupunda 1-6-cı, B qrupunda isə 7-12-ci yerləri tutan kollektivlər mübarizəni davam etdirəcək.