Azərbaycanda 2018/2019 futbol mövsümü üçün transfer dövrləri açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanda 2018/2019 futbol mövsümü üçün transfer dövrləri açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yay transfer dövrü 9 iyun – 31 avqust 2018-ci il tarixlərini əhatə edəcək.

Qış transfer dövrü isə 5 yanvar – 1 fevral 2019-cu il tarixlərində olacaq.

Digər xəbərlər