Azərbaycan yığmasının futbolçusu Polşada cəzalanıb, komandası məğlub olub

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasının heyətində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi Ekstraklasada XXVI turun "Şlyonsk"la ev matçında forma geyinib. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüş isə qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu nəticədən sonra "Visla" (Plotsk) 36 xalla 7-ci, "Şlyonsk" isə 30 xalla 13-cü pillədə qərarlaşıb.

Digər xəbərlər