Bakı. 23 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin Norveç və San Marino ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyunlara 25 futbolçu dəvət edib.
Onların arasında ilk dəfə "Zirə"dən Təmkin Xəlilzadə də yer alıb.
| AD, SOYAD | KLUB |
| Kamran Ağayev | Mlada (Çexiya) |
| Anar Nəzirov | Zirə |
| Səlahət Ağayev | Neftçi |
| Tərlan Quliyev | İnter |
| Bədavi Hüseynov | Qarabağ |
| Rəşad Sadıqov | Qarabağ |
| Maksim Medvedev | Qarabağ |
| Pavel Paşayev | Aleksandriya (Ukrayna) |
| Maqomed Mirzabekov | Neftçi |
| Ürfan Abbasov | Qəbələ |
| Ruslan Abışov | Neftçi |
| Rahid Əmirquliyev | Qarabağ |
| Qara Qarayev | Qarabağ |
| Dmitri Nazarov | Aue (Almaniya) |
| Təmkin Xəlilzadə | Zirə |
| Mahir Mədətov | Qarabağ |
| Cavid Hüseynov | Qəbələ |
| Araz Abdullayev | Anortosis (Kipr) |
| Əfran İsmayılov | Qarabağ |
| Riçard Almeyda | Qarabağ |
| Ağabala Ramazanov | Qarabağ |
| Ruslan Qurbanov | Qəbələ |
| Namik Ələskərov | Neftçi |
| Ramil Şeydayev | Jilina (Slovakiya) |
| Renat Dadaşov | Ayntraxt (Almaniya) |
Qeyd edək ki, Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək.