Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Kosovo və Malta yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qarşıdakı görüşlərə 25 futbolçu dəvət edib. Onlardan cəmi 4-ü legionerdir.
| ADI, SOYADI | KLUBU |
| Kamran Ağayev | “Keşlə” |
| Səlahət Ağayev | “Neftçi” |
| Emil Balayev | “Səbail” |
| Maksim Medvedov | “Qarabağ” |
| Bədavi Hüseynov | “Qarabağ” |
| Rahil Məmmədov | “Qarabağ” |
| Məhəmməd Mirzəbəyov | “Neftçi” |
| Təmkin Xəlilzadə | “Qəbələ” |
| Urfan Abbasov | “Qəbələ” |
| Bəxtiyar Həsənalızadə | “Sumqayıt” |
| Pavlo Paşayev | “Aleksandriya” (Ukrayna) |
| Qara Qarayev | “Qarabağ” |
| Coşqun Diniyev | “Qarabağ” |
| Emin Mahmudov | “Neftçi” |
| Namiq Ələsgərov | “Neftçi” |
| Rəhman Hacıyev | “Neftçi” |
| Cavid Hüseynov | “Qəbələ” |
| Rahid Əmirquliyev | “Səbail” |
| Cavid İmamverdiyev | “Sabah” |
| Riçard Almeyda | “Astana” (Qazaxıstan) |
| Dmitri Nazarov | “Aue” (Almaniya) |
| Mahir Mədətov | “Qarabağ” |
| Ramil Şeydayev | “Krılya Sovetov” (Rusiya) |
| Rauf Əliyev | “Qəbələ” |
| Ruslan Qurbanov | “Səbail” |
Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də Bakı Olimpiya Stadionunda qarşılaşdıqdan sonra sentyabrın 10-da Maltanın qonağı olacaq. Bu oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışı avqustun 28-də başlanacaq.