Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə matçda müsbət nəticə qazana bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov mətbuat konfransında deyib.
O, qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:
"Fransa güclü rəqibdir. Amma biz oyuna hazırıq. İnanıram ki evdəki son oyunda müsbət nəticə qazana bilərik".
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.