Püşkatma: "Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri məlum oldu

"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin "Qalatasaray" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək. 

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Digər xəbərlər