Minifutbol üzrə Azərbaycan milli komandasının Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının finalında rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, Bolqarıstanla yarımfinal qarşılaşmasından 1:0 hesablı qələbə ilə ayrılan Rumıniya yığmasıdır.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Qazaxıstanı üstələyib - 3:2.