Argentina Messinin het-triki sayəsində Haitini məğlub edib - VİDEO

Bakı. 30 may. REPORT.AZ/ Futbol üzrə Argentina yığması Buenos-Ayresdə keçirilən yoldaşlıq görüşündə Haiti üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, görüşdə qolların üçünü Lionel Messi (17, 58, 66-cı dəqiqələrdə) və Serxio Aquero (69) vurub.

Messi ilk qolunu penaltidən reallaşdırıb.

Argentina yığması Rusiyada keçiriləcək Dünya çempionatına hazırlıq çərçivəsində daha bir yoldaşlıq matçını iyunun 9-da İsrailə qarşı keçirəcək.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52