Almaniyanın "Borussiya" klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 22 may. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Fransanın "Nitsa" klubundan ayrılan Lüsyen Favr Almaniya təmsilçisinin sükanı arxasına keçib. 

İsveçrəli mütəxəssislə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb. Favr bu postda Tomas Tuxeli əvəzləyəcək.

Qeyd edək ki, Dortmund "Borusiyya"sı bu mövsüm Almaniya çempionatında dördüncü yeri tutub. 

Digər xəbərlər