Almaniya yığması 80 il sonra futbol üzrə dünya çempionatında ilk mərhələni keçə bilməyib

Bakı. 27 iyun. REPORT.AZ/ Futbol üzrə  Almaniya milli komandası dünya çempionatları tarixində 80 il sonra ilk mərhələni keçə bilməyib. 

"Report"un məlumatına görə, komanda sonuncu dəfə 1938-ci il mundialında ilk turda uğursuzluğa düçar olub.

Qeyd edək ki, Almaniya DÇ-2018-in F qrupunun son oyununda Cənubu Koreyaya 0:2 hesabı ilə məğlub olub.

Digər xəbərlər