Almaniya klubu çilili futbolçu ilə müqaviləni yenilədi

Almaniyanın "Bayer" klubu futbolçusu Çarles Aranqislə yeni müqavilə imzalayıb.

"Report"un Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, çilili yarımmüdafiəçinin sözləşməsinin müddəti daha 3 il uzadılıb.

31 yaşlı oyunçu 2023-cü ilin yayına qədər Bundesliqa klubunun formasını geyinəcək.

Qeyd edək ki, Luis Aranqis 2015-ci ildə Braziliyanın "İnternsasional" komandasından "Bayer"ə transfer olunub.

Digər xəbərlər