AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

AFFA-dan "Report"a verilən məlumata görə, o, UEFA Gənclər Liqasının I turunda keçirilən "Lill" (Fransa) – "Betis" (İspaniya) oyununun UEFA nümayəndəsi olub.

Lill şəhərindəki "Domen de Luşen Təlim Mərkəzi" stadionunda təşkil olunan matçda hesab açılmayıb - 0:0

Digər xəbərlər