AFFA jurnalistlər üçün tikilmiş binanın ərazisində yeni meydança istifadəyə verib

Bakı. 10 iyul. REPORT.AZ/ AFFA jurnalistlər üçün tikilmiş binanın ərazisində yeni meydança istifadəyə verib. 

"Report"un məlumatına görə, süni örtüklü meydança Bakının Səbail rayonunun ərazisində - Yeni Salyan yolunda salınıb. 

Bu addım Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq atılıb. 

Qeyd edək ki, AFFA indiyədək Bakıda və respublikanın müxtəlif bölgələrində bir çox süni örtüklü meydançalar quraşdıraraq təmənnasız şəkildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə verib.

Digər xəbərlər