Piastri "Formula 1" üzrə İspaniya Qran-prisinin seçmə mərhələsinin qalibi olub

"McLaren"in avstraliyalı pilotu Oskar Piastri "Formula 1" üzrə dünya çempionatının 9-cu mərhələsinin - İspaniya Qran-prisinin seçmə mərhələsinin qalibi olub.

"Report"un məlumatına görə, yarış Barselona-Kataluniya trasında baş tutub.

Onun komanda yoldaşı, britaniyalı Lando Norris ikinci, niderlandlı Maks Ferstappen ("Red Bull") üçüncü olub.

Mərhələnin əsas yarışı bazar günü, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32