"Mercedes"in pilotu Andre Kimi Antonelli "Formula 1" üzrə Azərbaycan Qran-prisində İtaliyadakı kimi sürətli olacaqlarına ümid edir.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında açıqlama verib.
Pilot Bakıdakı mərhələdə mümkün qədər çox dövrə vurmaq istədiyini söyləyib:
"Montsada sıralama turunda sürətimiz yaxşı idi. Ümid edirəm ki, bu həftəsonunda da elə olacaq. Əsas məqsəd təmiz sessiyalar keçirməkdir. Sıralama turunda və əsas yarışda öz işimizi görməliyik"
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.