"Formula 2" pilotu Bakıda uğursuzluqla üzləşib

"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

"Report"un məlumatına görə, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Onun avtomobili 6-cı döngədə fırlanıb. Pilot sədd ilə təmasdan yayına bilib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32