"Formula 1": Daha bir pilot mübarizəni dayandırıb - YENİLƏNİB

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir sürücü əsas yarışda mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, "Aston Martin"dən Lans Stroll yarışla vidalaşmalı olub.

Qeyd edək ki, daha əvvəl Yuki Tsunoda eyni aqibəti yaşayıb.

15:37

RB komandasının pilotu Yuki Tsunoda Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, yaponiyalı sürücü 16-cı dövrədə yarışla vidalaşmalı olub.

Onun bolidində problem aşkarlanıb.

Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Xəbər lenti

Kürdəxanıda obyekt yanır 24 aprel, 2025 / 10:05