"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.

"Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

İkinci və üçüncü yerləri müvafiq olaraq "Maklaren" komandasından Lando Norris və Oskar Piastri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Xəbər lenti

ADY-də yeni təyinat olub 14 aprel, 2025 / 11:32