"Formula 1" üzrə İspaniya Qran-prisinin qalibi bəlli olub

"Formula 1" üzrə İspaniya Qran-prisinin qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, “Maklaren” komandasından Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Lando Norris ikinci yeri tutub.

"Ferrari"dən Şarl Lekler isə üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında keçiriləcək.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32