"Mercedes" komandasının italiyalı pilotu Andrea Kimi Antonelli 2026-cı il "Formula 1" dünya çempionatının 10-cu mərhələsi olan Belçika Qran-prisinin qalibi olub.
"Report" xəbər verir ki, ikinci yeri "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.
"Formula 1" üzrə növbəti mərhələ iyulun 24-26-da Macarıstanda keçiriləcək.