"Formula 1": "Ferrari" pilotu Bakıda qəza törədib

"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.

"Report"un məlumatına görə, sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb.

Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Leklerin avtomobili trasdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32