"Formula 1" üzrə Azərbaycan Qran-prisində daha iki pilot qəza törədib.
"Report"un məlumatına görə, "Maklaren" komandasının pilotu Lando Norris ilə "Alpin"in sürücüsü Pyer Qaslinin bolidləri bir-birinə dəyib.
Toqquşma nəticəsində hər iki pilot mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gün başa çatacaq.
"Uilyams" pilotu Aleksandr Albon "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib.
"Report"un məlumatına görə, onun idarə etdiyi bolid baryerə dəyib.
Trasa təhlükəsizlik maşını girib və sürücü mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, yarış bu gün başa çatacaq.