"Formula 1": ABŞ-li sürücünün avtomobili yanıb

"Formula 1" üzrə Niderland Qran-prisində xoşagəlməz hadisə yaşanıb.

"Report" xəbər verir ki, yarışın təsnifat mərhələsində "Uilyams" komandasının pilotu Loqan Cardcentin avtomobili alovlanaraq yanmağa başlayıb.

ABŞ-li sürücü xəsarət almasa da, maşını yararsız hala düşüb.

Qeyd edək ki, "Formula 1" üzrə Niderland Qran-prisinin əsas mərhələsi sabah baş tutacaq.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32