Ferstappen “Formula 1” üzrə Mayami Qran-prisinin sıralama turunda birinci olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə 2025-ci il dünya çempionatının altıncı mərhələsinin - Mayami Qran-prisinin sıralama turunda birinci olub.

"Report"un məlumatına görə, “Maklaren” komandasının britaniyalı pilotu Lando Norris ikinci yeri tutub.

Üçüncü yerdə italiyalı Kimi Antonelli (“Mercedes”) qərarlaşıb.

L.Norris daha əvvəl sprint yarışında qalib gəlib.

Qeyd edək ki, Mayami Qran-prisində əsas yarış bu gün baş tutacaq.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32