Ferstappen "Formula 1"də yeni rekorda imza atıb

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” dünya çempionatının 19-cu mərhələsində - Meksika Qran Prisində qalib olub.

“Report”un məlumatına görə, yarışda ikinci yeri “Mercedes” komandasının üzvü, britaniyalı Lyuis Hemilton tutub.

İlk "üçlüy"ü "Ferrari"dən Şarl Lekler tamamlayıb.

Ferstappen bu mövsüm 16-cı qələbəsini qazanıb və bu göstəriciyə görə rekorda imza atıb. Əvvəlki rekord da 2022-ci ildə 15 qələbə ilə Ferstappenə məxsusdur.

Digər xəbərlər

Lyuis Hemilton yeni rekorda imza atıb 20 oktyabr, 2025 / 17:32