Fernando Alonso "Formula 1"də ən çox məsafə qət edən pilotdur.
"Report"un xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fəaliyyətdə olan pilotların karyeraları ərzində yarışlarda qət etdikləri məsafə üzrə sıralamasına "Aston Martin" komandasının ispaniyalı pilotu, ikiqat dünya çempionu Fernando Alonso (116 min 242 km) başçılıq edir.
"Ferrari"nin sürücüsü Lüis Hemilton (109 min 985 km) ikinci, "Kadillak"dan Serxio Peres (79 min 497 km) üçüncüdür.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.