"Kadillak" komandasının pilotu Serxio Peres "Formula 1" üzrə Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir.
"Report"un məlumatına görə, sürücü bu barədə Bakıdakı mətbuat konfransında açıqlama verib.
O, paytaxtdakı yarışda sıralama turlarının önəmli olduğunu vurğulayıb:
"Son bir neçə ildə şənbə günü baş verənlər hər şeyi müəyyənləşdirib. Məncə, vəziyyət bir qədər də dəyişə bilər. Maraqlı həftəsonu olacağını düşünürəm. Əlbəttə, yarışı səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.